03 avqust 2025 15:51
116

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.