Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri avqustun 18-dən 28-dək hər il genişmiqyaslı “Ulchi Freedom Shield” təlimləri keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Hər iki ölkənin silahlı qüvvələrinin nümayəndələri qeyd ediblər ki, təlimlər real təhlükələri əks etdirəcək və müttəfiqlərin bütün sahələrdə döyüş hazırlığını artırmaq üçündür.
Təlimlər Koreya Respublikası hökuməti daxilində idarələrarası koordinasiyanı asanlaşdıracaq, milli səviyyədə böhranın idarə edilməsi bacarıqlarını gücləndirmək, mülki müdafiəyə cavab vermək bacarıqlarını və kiber sferada təhlükəsizlik səviyyəsini təkmilləşdirmək üçün nəzərdə tutulub.
Onların fikrincə, “Ulchi Freedom Shield” Cənubi Koreya hökumətinin hərbi şəraitdə fəaliyyətə daha yaxşı hazır olmasına töhfə verəcək. Keçən il təlimlərdə Cənubi Koreyanın 19 minə yaxın hərbi qulluqçusu iştirak edib və canlı atəşli təlimlər də daxil olmaqla 48 səhra təlimi keçirilib.