Bu gün Dortmund “Borussiya”sı ilə “Yuventus” arasında yoldaşlıq görüşü təşkil olunub.
“İki sahil” xəbər verir ki, “Dortmund” stadionunda keçirilən oyunda İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
“Yuventus”un yarımmüdafiəçisi Andrea Kambyazzo 16-cı dəqiqədə hesabı açıb. 53-cü dəqiqədə Kambyazzo dublunu rəsmiləşdirib. 89-cu dəqiqədə “Borussiya”nın hücumçusu Maksimilian Bayer isə fərqi azaldıb.
Qeyd edək ki, “Yuventus” növbəti yoldaşlıq matçını avqustun 16-da səfərdə “Atalanta”ya qarşı keçirəcək. Dortmund təmsilçisinin isə ən yaxın oyunu avqustun 18-də Almaniya Kubokunun ilk raundu çərçivəsində səfərdə “Rot-Vayss Es”ə qarşı olacaq.