Xorvatiya çempionatında ikinci turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” səfərdə “Slaven Belupo”nun qonağı olub.
24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütu yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, 2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Abdullazadənin komandası üçüncü turda öz meydanında “Osiyek”i qəbul edəcək. Avqustun 17-də keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.