12 avqust 2025 10:07
111

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.