14 avqust 2025 15:57
87

AK sentyabrda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyə bilər

Avropa Komissiyasının sözçüsü Ariana Podesta brifinq zamanı bildirib ki, Avropa Komissiyası sentyabrda Rusiyaya qarşı sanksiyaların 19-cu paketini təsdiqləyəcək.

“İki sahil” xəbər verir ki, bua barədə RT məlumat yayıb.

"Biz artıq 18 sanksiya paketi qəbul etmişik və 19-cunun üzərində işləyirik. Ümid edirəm ki, gələn ay onu qəbul edə biləcəyik", - deyə, o, qeyd edib.

Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Brüssel Rusiyaya qarşı sanksiyaları “uzunmüddətli perspektivdə” saxlamaq niyyətindədir.