14 avqust 2025 16:00
90

Melaniya Tramp Baydenin oğlunu məhkəməyə verir

ABŞ-ın birinci xanımı Melaniya Trampın vəkilləri Hunter Baydenə “böhtan xarakterli bəyanatları” geri götürməsi üçün rəsmi tələb göndəriblər.

“İki sahil” xəbər verir ki,  bu barədə “Fox News” anonim mənbələrə istinadla məlumat yayıb.

Avqustun əvvəlində Hunter Bayden Channel 5-ə müsahibəsində demişdi ki, gələcək birinci xanımı Donald Trampa məhz Cefri Epşteyn tanış edib.

Cütlük özləri dəfələrlə 1998-ci ildə ortaq dostları Paolo Zampollinin ev sahibliyi etdiyi Nyu-Yorkda Kit Kat klubunda məclisdə tanış olduqlarını bildiriblər.

Fox News xəbər verir ki, vəkil Alejandro Brito Hunter Baydenə məktub göndərərək ondan "xanım Trampa qarşı yalan, böhtan, alçaldıcı və təxribat xarakterli bəyanatları dərhal geri götürməsini" tələb edib. ABŞ prezidentinin həyat yoldaşı əgər Hunter Bayden açıqlamasını təkzib etməsə, 1 milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət etmək niyyətindədir.