Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa olunub.
“İki sahil” xəbər verir ki, artıq təsərrüfata əvvəlki qaydada su verilir.
Sözügedən ovçuluq təsərrüfatında iki gün ərzində su səviyyəsinin əvvəlki vəziyyətdə olacağı gözlənilir.
Xatırladaq ki, avqustun 12-də Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb. Kütləvi tələfata səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nəticədə Mahmudçala Ovçuluq Təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verib.