Avropa ölkələrinin silah ehtiyatları Ukraynaya çatdırıldığı üçün tükənir.
“İki sahil” xəbər verir ki, bu barədə NATO-dakı mənbəyə istinadən EURACTIV portalı məlumat yayıb.
“ABŞ-ın hərbi sənayesi olmadan bunu etmək mümkün deyil, çünki Avropanın anbarları və müdafiə sənayesinin imkanları qısa müddətdə tükənir”, - deyə, mənbə vurğulayıb.
Qeyd olunur ki, Kiyevin avropalı müttəfiqləri öz anbarlarından Ukraynaya daha az silah ötürməyə başlayıblar.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Rusiya-ABŞ sammitindən asılı olmayaraq, Ukraynaya silah tədarükünün davam etdiriləcəyini bildirmişdi.