Polşanın baş naziri Donald Tusk Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında Budapeştdə görüş keçirmək ideyasını dəstəkləməyib.
“İki sahil” xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.
Polşanın baş naziri xatırladıb ki, 1994-cü ildə orada Budapeşt Memorandumu imzalanıb və o, Ukrayna ərazisindən Rusiyaya təhlükəsizlik zəmanəti müqabilində nüvə silahının verilməsini nəzərdə tutur.
"Bəlkə də bunu hamı xatırlamır, amma 1994-cü ildə Ukrayna artıq ABŞ, Rusiya və Böyük Britaniyadan ərazi bütövlüyünə zəmanət alıb. Budapeştdə. Ola bilsin ki, mən mövhumatçıyam, amma bu dəfə başqa yer tapmağa çalışardım", - deyə, Donald Tusk yazıb.
Bloomberg-in yazdığı kimi, Macarıstanın baş naziri Viktor Orban Rusiya və Ukrayna liderləri arasında Budapeştdə görüş keçirməyi təklif edib. “Politico”nun məlumatına görə, Ağ Ev bu ehtimalı nəzərdən keçirir.