20 avqust 2025 15:58
95

Makronun Ukrayna ilə bağlı avantürist mövqeyi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi ilə bağlı avantürist və qarşıdurma mövqeyinin ABŞ administrasiyası tərəfindən başa düşülmədiyi barədə fikir bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Biz ABŞ-dakı tərəfdaşlarımızın dərhal atəşkəs haqqında danışmaqdansa, böhranın əsas səbəblərini aradan qaldırmaq zərurətini anladıqlarını getdikcə daha aydın şəkildə başa düşürük. Eyni zamanda atəşkəs Ukraynaya silah vermayə davam etmək mənasına gəlməyəcək. Fransa prezidenti Makronun bir müddət əvvəl mətbuat konfransı zamanı məhz belə bəyan etmişdi"-deyə Lavrov bildirib.

Onun sözlərinə görə, yaxşı ki, bu tamamilə avantürist mövqe, qarşıdurma mövqeyi, müharibənin davam etdirilməsinə dəstək mövqeyi ABŞ-ın indiki administrasiyası tərəfindən başa düşülmür.