Türk Hava Yolları İspaniyanın “Air Europa” aviaşirkətinin minoritar payını 300 milyon avroya aldığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, Air Europa-da alınacaq səhmlərin dəqiq ölçüsü müqavilə bağlandıqdan sonra açıqlanacaq.
AFP-nin məlumatına görə, sövdələşmə İspaniya aviadaşıyıcısının səhmlərinin təxminən 26%-nin alınmasını əhatə edəcək.
Türkiyə aviaşirkəti bildirib ki, bu müqavilə ona Latın Amerikası bazarında iştirakını artırmağa və Türkiyənin özünə turist axınını artırmağa imkan verəcək.
Air France-KLM və Deutsche Lufthansa daha əvvəl Air Europa-nın payını almaq üçün danışıqlar aparmışdı, lakin onların ispan şirkətində səhmdar olmaq cəhdləri uğursuz alınıb.