28 avqust 2025 16:04
138

Rusiyanın Kiyevə hücumu zamanı beynəlxalq təşkilatların ofislərinə ziyan dəyib, 1 nəfər yaralanıb

Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi genişmiqyaslı raket və dron hücumu nəticəsində “British Council”ın Kiyevdəki ofisinə ciddi ziyan dəyib.

İki sahil “Sky News”a iatinadla xəbər verir ki, qurumun icraçı direktoru Skott Makdonald ofisin mühafizəçisinin yaralandığını, vəziyyətinin sabit olduğunu, lakin ağır sarsıntı keçirdiyini deyib.

“British Council”in sözçüsü qurumun Kiyevdəki ofisinin növbəti bildirişədək bağlı qalacağını deyib: “Cavablarımızda müəyyən gecikmələr ola bilər, amma Ukraynadakı tərəfdaşlarımızla təhsil və mədəniyyət sahəsində əməkdaşlığımız davam edir”,- deyə o diqqətə çatdırıb.

“Sky News” diplomatik mənbələrə istinadla bildirib ki, Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Londondakı səfirini çağırmağı planlaşdırır.

Hücum zamanı Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası da zədələnib.