28 avqust 2025 16:44
128

Ərdoğan: Ankara Kiyev və Moskva arasında yüksək səviyyəli əlaqələrə yardım etməyə hazırdır

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski telefon danışığı aparıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Bildirilir ki, Ərdoğan Türkiyənin Ukrayna və Rusiya arasında yüksək səviyyəli əlaqələrə tam şəkildə yardım etməyə hazır olduğunu bəyan edib.