28 avqust 2025 17:06
129

Tramp Kiyevdə Aİ missiyasına hücumla bağlı insidenti diqqətlə izləyir - Ursula fon der Leyen

ABŞ prezidenti Donald Tramp keçən gecə hücuma məruz qalan Aİ-nin Kiyevdəki missiyası ətrafında baş verənləri izləyir.

“İki sahil” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Amerika lideri ilə telefon danışığından sonra məlumat verib.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirmişdi ki, Aİ rəhbərliyi Rusiyanın Belçikadakı səfiri Denis Qonçarı Aİ-nin Kiyevdəki missiyasına gecə zərbələri ilə bağlı çağırıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen səhər saatlarında Aİ-nin Ukraynadakı missiyasının binası yaxınlığına endirilən zərbələr barədə məlumat verib.

Onun sözlərinə görə, işçilər xəsarət almayıb.