28 avqust 2025 17:06
132

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı olub

Türkiyə Pakistana ölkənin müxtəlif bölgələrində son günlərdə müşahidə olunan daşqınların nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələrinə dair "X" sosial şəbəkəsində yazıb.

Ş.Şərif qeyd edib ki, Ərdoğan Türkiyənin xilasetmə əməliyyatlarında kömək göstərməyə hazır olduğunu təsdiqləyib: "Pakistan xalqı türk xalqının dəstəyini həmişə xatırlayacaq".