28 avqust 2025 17:09
126

Çin liderindən Hindistana çağırış

Mart ayında ABŞ prezidenti Donald Tramp Çinlə ticarət müharibəsinə başlamaq qərarına gəldikdə, Çin prezidenti Si Cinpin Hindistanla "münasibətləri yaxşılaşdırmaq üçün Hindistan hakimiyyətinə məktub göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadla məlumat yayıb.

Hindistan rəsmisi bildirib ki, Si Cinpinin məktubu Hindistan prezidenti Draupadi Murmu və baş nazir Narendra Modiyə ünvanlanıb. Çin lideri Yeni Dehli ilə Vaşinqton arasında Pekinin maraqlarına zərər verə biləcək hər hansı mümkün sövdələşmələrdən narahatlığını ifadə edib.

Bloomberg mənbəsi bildirib ki, Narendra Modinin hökuməti yalnız iyun ayında Çinlə münasibətləri yaxşılaşdırmaq üçün “ciddi səylər” göstərməyə başlayıb. Bu, Hindistan və ABŞ arasında getdikcə gərginləşən ticarət danışıqları, həmçinin Donald Trampın Pakistanla bağlı şərhləri fonunda baş verib. İndi Hindistan və Çin səlahiyyətliləri sərhəd mübahisələrini həll etmək və uçuşları bərpa etmək barədə razılığa gəliblər. Sentyabrda Narendra Modi son yeddi ildə ilk dəfə Çinə səfər edəcək.