“Biz ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı – red.) ölkələrini Əfqanıstanı bərpa etmək və onu regional və iqtisadi proseslərə cəlb etmək üçün ona humanitar və texniki yardım göstərməyə davam etməyə çağırırıq”.
“İki sahil”in məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT Dövlət Başçıları Şurasının iclasında deyib.
Respublika başçısı qeyd edib ki, Qazaxıstan Əfqanıstanda ŞƏT ölkələri arasında qarşılıqlı əlaqəni gücləndirəcək bir sıra infrastruktur və logistik layihələrin tikintisinə başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”