01 sentyabr 2025 09:12
105

Si Cinpin: Çinin ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına yatırdığı sərmayə 34 milyard dolları ötüb

Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iqtisadiyyatına sərmayəsi 34 milyard dolları ötüb.

“İki sahil” xəbər verir ki, bunu Çin Sədri Si Cinpin deyib.

"Bu günə kimi Çinin ŞƏT-ə üzv olan digər dövlətlərə investisiyalarının həcmi 34 milyard dolları, digər ölkələrlə ikitərəfli ticarətin illik həcmi isə 500 milyard dolları ötüb", - o, ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında deyib.