03 sentyabr 2025 08:42
160

Gədəbəydə 55 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb

Gədəbəydə 55 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, Gədəbəy rayon sakini, 1970-ci il təvəllüdlü Y.Yolçuyev qayalıq ərazidə bitki toplayarkən ehtiyatsızlıqdan yıxılıb.

Y.Yolçuyev aldığı xəsarətdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.