Ermənistan və Qazaxıstan öz vətəndaşlarının giriş və qalma şərtlərini asanlaşdırır.
“İki sahil” xəbər verir ki, Qazaxıstan Məclisi bu gün Senata göndərilən iki hökumətlərarası sazişi ratifikasiya edib.
Birinci sənəd iki ölkənin vətəndaşlarının Qazaxıstan və Ermənistana səfərləri və qalma qaydalarına, ikincisi isə qalma müddəti və viza rejiminə aiddir.
Daxili işlər naziri Erjan Sadenovun sözlərinə görə, Ermənistan vətəndaşları Qazaxıstana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər, qazaxıstanlılar da Ermənistana səfərlər üçün analoji hüquq əldə edəcəklər.
O bildirib ki, Qazaxıstanda 1714 Ermənistan vətəndaşı yaşayır. "İki dövlətin vətəndaşlarının digər ölkənin ərazisində qalma qaydası hüquqi tənzimləmə tələb edir", - nazir qeyd edib.
İkinci saziş paritet əsasda vətəndaşların müvəqqəti qeydiyyata alınmadan 90 günlük qalma müddətini müəyyən edir. Bu müddət bitdikdən sonra vətəndaşlar müvəqqəti yaşayış icazəsi almalıdırlar.
Ermənistan tərəfi sazişi ötən il noyabrın 15-də ratifikasiya edilib.