03 sentyabr 2025 12:25
98

Mertz Ursula fon der Leyenin sözlərini tənqid edib

Almaniya kansleri Fridrix Mertz Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropanın Ukrayna ərazisinə qoşun yeritmək planına dair açıqlamalarını təkzib edib.

“İki sahil” xəbər verir ki, onun sözlərini DPA agentliyi yayıb.

Mertz vurğulayıb ki, Aİ öz hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı qərarlar qəbul etmir. Onun sözlərinə görə, Almaniyanın qoşun yeritmək planı yoxdur.

Kansler əlavə edib ki, konkret qərarlar yalnız Moskva ilə Kiyev arasında sülh sazişi və ya barışıq bağlandıqdan sonra verilə bilər və münaqişənin hansı formada başa çatmasından asılı olacaq.

Xanım fon der Leyen bəyan edib ki, Aİ ölkələrinin başçıları ABŞ-ın dəstəyi ilə çoxmillətli qoşunların yerləşdirilməsi məsələsini müzakirə edirlər.