03 sentyabr 2025 14:12
182

Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə...

2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və "Yol Departamenti" fondu olub.

Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 - 199+000 km hissəsində çəki stansiyasının tikintisindən gedir. Tikinti işlərinə memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanılacaq.

Beynəlxalq standartlara uyğun mebel və texniki vasitələrlə təchiz ediləcək yeni stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır.