03 sentyabr 2025 12:18
96

Litva prezidentinin olduğu təyyarə reklam dronu səbəbindən Vilnüsə enə bilməyib

Litva prezidenti Gitanas Nausedanın olduğu təyyarə Vilnüs hava limanına enişini hava limanı ərazisində PUA-nın olması xəbərinə görə dayandırıb. Litvanın Rabitə və Nəqliyyat Nazirliyinin məlumatına görə, pilotsuz uçan aparat reklam kampaniyasının bir hissəsi olub.

“İki sahil” xəbər verir ki,  Litvanın “Delfi” nəşrinin məlumatına görə, prezident təyyarəsi pilotsuz təyyarənin təhlükə yaratmadığı məlum olana qədər ölkənin mərkəzi hissəsində dövrə vurub.

Reklam dronu Litvada müəyyən edilmiş qaydalara zidd olaraq buraxılıb. Hazırda məsul xidmətlər hadisənin bütün hallarını müəyyənləşdirir. Rabitə və Nəqliyyat Nazirliyi ölkə hava limanlarının nümayəndələrini təhlükəsizlik tədbirlərinin və onların təkmilləşdirilməsi planlarının qiymətləndiriləcəyi iclasa çağırıb.