04 sentyabr 2025 10:52
225

DÇ-2026-nın seçmə mərhələsində 8 oyun

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, A, G, J, E qrupunda yer alan bəzi komandalar ilk oyunlarına çıxacaq.

Qrup mərhələsinin ilk oyun günündə 8 matç oynanılacaq..

J qrupunda yer alan Qazaxıstan millisi Uelsi qəbul edəcək. E qrupunda Türkiyə Gürcüstanın, İspaniya isə Bolqarıstanın qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi də sabah seçmə mərhələdə ilk oyununa çlxacaq. Fernandu Santuşun komandası İslandiyanın qonağı olacaq.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinə bu ilin mart ayında start verilib. Həmin vaxt 5 komandalı qruplarda mübarizə başlayıb.

 

4 sentyabr

DÇ-2026
Seçmə mərhələ,

I tur

J qrupu

18:00 Qazaxıstan – Uels
22:45 Lixtenşteyn – Belçika

E qrupu

20:00 Gürcüstan – Türkiyə
22:45 Bolqarıstan – İspaniya

G qrupu

20:00 Litva – Malta
22:45 Niderland – Polşa

A qrupu

22:45 Slovakiya – Almaniya
22:45 Lüksemburq – Şimali İrlandiya