06 sentyabr 2025 18:50
142

Qadın voleybolçulardan ibarət Türkiyə millisi dünya çempionatının finalında

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailanda keçirilən dünya çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, yığma yarımfinalda Yaponiya kollektivini 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə qitə çempionatının həlledici görüşünə vəsiqə qazanıb.

"Ay-ulduzlular"ın finaldakı rəqibi İtaliya - Braziliya cütünün qalibi olacaq.