“İnter” iki futbolçusu ilə müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xristos Aleksiu və Dilan Sarate ilə yeni anlaşma imzalanıb. Hər iki futbolçu ilə müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
23 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi Aleksiu 2021-ci ilin sentyabrından “İnter”də çıxış edir. Sarate İspaniyanın “Jirona” klubunun yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi 2023-cü ilin sentyabrında “İnter”in gənclər komandasına cəlb olunub.