05 sentyabr 2025 08:14
204

Millimiz DÇ-2026-nın seçmə mərhələsində mübarizəyə başlayır

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. 

Bu qrupun digər oyununda isə Ukrayna Fransa iləı üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (8 sentyabr).

DÇ-2026-nın seçmə mərhələsi,

1-ci tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan

Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

"Lauqardalsvöllur" stadionu

22:45. Ukrayna - Fransa