06 sentyabr 2025 18:15
141

"Barselona" onunla yeni müqavilə imzalayır

"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqla yeni müqavilə imzalamağa yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb. 

Kataloniya təmsilçisinin təklif etdiyi yeni anlaşmada 28 yaşlı futbolçunun maaşının azaldılması nəzərdə tutur. Bildirilib ki, niderlandlı oyunçu özü də yeni müqaviləyə müsbət yanaşıb.

Futbolçunun hazırkı əmək müqaviləsi isə 30 iyun 2026-cı ilə qədərdir

Ötən mövsüm Frenki de Yonq "Barselona"nın heyətində 46 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.