07 sentyabr 2025 17:06
110

"Beşiktaş" "Liverpul"un hücumçusunu istəyir

“Beşiktaş” “Liverpul”un hücumçusu Federiko Kyezanı transfer etmək istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritso Romano paylaşım edib.

Onun sözlərinə görə, İstanbul klubunun rəsmiləri son 48 saatda italiyalı futbolçu ilə əlaqə yaradıb onun fikrini öyrənməyə çalışıblar. "Liverpul" isə Kyezanı icarəyə vermək istəmir. Mersisaydlılaronun  transfer edilməsinin tərəfdarıdır.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm 3 oyunda meydana çıxıb və 1 qol vurub. Onun müqaviləsi 2028-ci ilin yayına kimidir.