07 sentyabr 2025 17:30
116

"Barselona"nın sabiq futbolçusu İran klubunda

"Barselona"nın sabiq futbolçusu Munir Əl-Haddadi karyerasını İranda davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 30 yaşlı hücumçu "İstiqlal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Mərakeş əsilli futbolçu 2014-2019-cu illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. Onun son klubu "Leqanes" (İspaniya) olub.