07 sentyabr 2025 22:28
100

Çexiyada şəxsi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Praqanın şimal-qərbində yerləşən Letnani meşə-parkında özəl təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Idnes" onlayn nəşri məlumat yayıb.

"Yüngül tipli təyyarənin pilotu uçuşdan qısa müddət sonra texniki nasazlıq aşkar edib və hava limanına qayıtmaq istəyib, lakin buna müvəffəq olmayıb. Hadisə yerində bir kişi və bir qadının cəsədi aşkar olunub", – deyə şəhər polisinin nümayəndəsi Rixard Qrdina bildirib.

Qeyd olunur ki, qəzaya səbəb olan amillərin araşdırılması Praqa kriminalistləri tərəfindən Aviasiya Qəzalarının Peşəkar Araşdırılması İnstitutu ilə birgə aparılacaq.