08 sentyabr 2025 11:25
124

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək.

Bu barədə "İki sahil"ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev cari il sentyabrın 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.