08 sentyabr 2025 12:16
98

Yaxşı nəticə qazana bilsək... - Mahir Emreli

Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyəti var. Onlar da buraya motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Hücumçu ilk matçdakı məğlubiyyətin komandaya mənfi təsir etdiyini bildirib: “Belə oyunlardan sonra qarşıdakı matçlara köklənmək çətin olur. Futbolda bu cür hallar olur. Ardıcıl qələbə qazanmamaq üzərimizdə təzyiq yaradır. Hamımız məsuliyyəti dərk edirik. Yaxşı nəticə qazana bilsək, bu, təzyiqi azalda bilər. Sabah yaxşı nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu saat 20:00-da başlayacaq.