08 sentyabr 2025 13:45
136

Rusiya Finlandiyadan təzminat tələb edə bilər

Rusiya Finlandiyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb etməkdən imtinasına yenidən baxa bilər.

“İki sahil” xəbər verir ki, bu fikri TASS-a Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedevin sözlərinə görə, Finlandiya NATO-ya daxil olduqdan sonra onun hakimiyyət orqanları əvvəllər imzalanmış sazişləri, o cümlədən 1947-ci il Paris Sülh Müqaviləsi müdafiə maddələrini və 1992-ci il Rusiya Federasiyası ilə münasibətlərin əsas prinsipləri haqqında Müqavilənin Finlandiya ərazisindən kənarda silahlı qüvvələrin istifadəsini qadağan edən müddəalarını pozmağa başlayıb.

"Belə revizionizm qətiyyətlə yatırılmalıdır" - deyə, o, qeyd edib. Onun fikrincə, müqavilədə hərbi-siyasi komponentin olmaması o deməkdir ki, Rusiya tarixi zərərə görə kompensasiya tələblərindən imtina etmək məcburiyyətində deyil və öz əcdadlarının əməllərinə görə hazırkı Finlandiya hökumətinin mənəvi məsuliyyəti məsələsini qaldırmağa tam hüququ var.