Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ümid edir ki, yaxın günlərdə İranla əməkdaşlığın bərpası məsələsi üzrə danışıqlar prosesini başa çatdırmaq mümkün olacaq.
“İki sahil” xəbər verir ki, o, bu barədə MAQATE-nin Rəhbərlər Şurasının iclasında bildirib.
“İrəliləyiş əldə olunub”- deyə, Qrossi qeyd edib. “Ümid edirəm ki, yaxın günlərdə bu danışıqları uğurla başa çatdırmaq mümkün olacaq və bu, İranla çox ehtiyac duyduğumuz işi bərpa etməyə kömək edəcək”.
Qrossi qeyd edib ki, NPT çərçivəsində İranın hərtərəfli təminat sazişi qüvvədə qalır. Bu gün bu, MAQATE və İranın təminatlarla bağlı hüquq və öhdəliklərini tənzimləyən yeganə hüquqi qüvvəyə malik müqavilədir.