Ukraynaya hərbi tədarük üzrə təmas qrupunun "Ramştayn" formatında iclası sentyabrın 9-da Londonda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" telekanalı NATO-nun bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, 56 ölkənin iclasında NATO-nun Baş katibi Mark Rutte də iştirak edəcək. Qeyd olunur ki, alyans rəhbəri Ukrayna ilə bağlı bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, təmas qrupunun iyun və iyul aylarındakı iki görüşü ABŞ müdafiə naziri Pit Heqsetin iştirakı olmadan keçirilib.