İsrail Ordusu Qəzza zolağında gedən döyüşlər zamanı yeni itkilər verib.
“İki sahil” xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dörd hərbçi həlak olub. Bunlar 401-ci zirehli briqadanın üç çavuşu və hazırda şəxsiyyəti açıqlanmayan daha bir əsgərdir.
Onların hamısı Qəzza zolağının şimalında gedən döyüşlərdə ölüb.