09 sentyabr 2025 10:10
110

Suriya poçt vasitəsilə beynəlxalq pulköçürmələrini bərpa edir

Suriya poçt xidmətlərini bərpa edir, həmçinin pulköçürmə əməliyyatlarını nizamlamağa çalışır. Bu, həm dövlət, həm də özəl sektor arasında əməkdaşlıq, həm də Ümumdünya Poçt İttifaqı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

“İki sahil” BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, bunu Suriya Poçt Təşkilatının Baş direktoru İmadəddin Həməd Dubayda Ümumdünya Poçt İttifaqının 28-ci konfransında deyib.

Baş direktor, həmçinin əlavə edib ki, Suriya Poçt Təşkilatı son 8 ay ərzində xidmətlərinin bərpası üçün plan üzərində işləyir və bu planı maliyyə, logistika və beynəlxalq daşıma xidmətlərini əhatə edir.

Bundan başqa, qeyd olunub ki, Suriya Poçt Təşkilatı Ümumdünya Poçt İttifaqının beynəlxalq maliyyə sistemi (IFS) vasitəsilə maliyyə köçürmələrini bərpa etmək üzərində işləyir. Bu sistem üzv ölkələr arasındakı poçt şəbəkələrində birbaşa maliyyə transferlərini təmin edir.