09 sentyabr 2025 10:56
125

Abbas Ərakçi Tunis və Misirdə regional məsələləri müzakirə edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın regional dialoqu davam etdirmək, ikitərəfli münasibətləri gücləndirmək, regional və beynəlxalq prosesləri müzakirə etmək üçün Tunis ilə Misirə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı "Mehr" agnetliyi yayıb.

Bildirilib ki, səfərlər İranın ikitərəfli əlaqələri gücləndirmək, regional problemlər və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparmaq məqsədi daşıyan İslam ölkələri ilə davamlı dialoq əsasında həyata keçirilir.

İnformasiyaya əsasən, A.Ərakçi Qahirədə olacağı müddətdə İran ilə Atom enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında yeni əməkdaşlıq çərçivəsinin müzakirəsini tamamlamaq üçün qurumun baş direktoru Rafael Qrossi ilə görüşməyi planlaşdırır.

İranın XİN başçısı ikitərəfli münasibətləri nəzərdən keçirmək üçün Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüş də daxil olmaqla, bu ölkənin rəsmiləri ilə siyasi danışıqların yeni raundunu keçirəcək.