10 sentyabr 2025 12:55
132

Türkiyə və Misir İsrailin zərbəsindən əvvəl HƏMAS-ı xəbərdar edib

Türkiyə və Misir rəsmiləri İsrail Müdafiə Ordusunun Dohada HƏMAS liderlərini hədəf alan zərbəsindən bir neçə həftə əvvəl qruplaşmanın rəhbərliyini təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.

"Zərbədən bir neçə həftə əvvəl HƏMAS rəhbərliyi xəbərdarlıq almışdı: Türkiyə və Misir rəsmiləri müşavirələr zamanı onlara təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə ediblər", - qəzet müsahiblərlə söhbətdən sitatlar gətirir.