10 sentyabr 2025 17:49
109

Mirzoyan: Ermənistan ABŞ ilə dəmiryol infrastrukturu layihələrini müzakirə edir

İrəvan ABŞ tərəfdaşları ilə infrastruktur, xüsusilə, dəmiryol layihələri üzrə müzakirələr aparır.

“İki sahil” erməni KİV-lərinə istinadən məlumat verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. 

Onun sözlərinə görə, ABŞ-dən olan tərəfdaşlar ilə, xüsusilə, "birgə dəmiryol və digər infrastruktur layihələri" üzrə müzakirələr davam edir.

Azərbaycanla delimitasiya və demarkasiya üzrə danışıqlara toxunan A.Mirzoyan vurğulayıb ki, sərhədlərin demarkasiyası prosesində xəbərlər ola bilər.