ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərini vurmasını məqsədəuyğun hesab etmir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The Washington Post"a müsahibəsində bildirib.
"Tramp bunun İsrailin və ya ABŞ-nin maraqlarına uyğun olduğunu düşünmür və buna görə də narazıdır", - vitse-prezident deyib.
C.Vens qeyd edib ki, ABŞ-nin hazırlanan zərbədən xəbərdar olması barədə məlumatın mövcudluğuna baxmayaraq, Donald Tramp bu barədə bilmirdi.