Ali təhsil müəssisələrinə qəbul olunan şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə “YAŞAT” Fondu tərəfindən 2 min manat məbləğində pul mükafatı təqdim ediləcək.
Həmin məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhidlərin ailə üzvləri ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ilk dəfə tələbə adını qazanan şəhidlərin ailə üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.
Mükafat üçün isə Dövlət İmtahan Mərkəzi vasitəsilə yerli universitetlərə qəbul olmuş və ya dünyanın ən yaxşı TOP 1000 beynəlxalq universitetlərinə daxil olan tələbələr müraciət edə bilərlər.
Müraciətlərin qəbulu üçün son tarix 2025-ci il oktyabrın 31-dir.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib