24 sentyabr 2025 15:45
169

Ayılar Qubanın Muçu kəndində də görünür: Fərdi təsərrüfatlarda olan heyvanlar təhlükə ilə üz-üzə...

Ayılar Qubanın ən ucqar kəndi olan Muçu kəndində də təhlükə mənbəyi kimi hərəkət edir.

Belə ki, kənd sakinləri bildirib ki,  ayıların izləri artıq Muçu və ətraf kəndlərin ərazisində görünür.

Bu da təsərrüfatlarda olan iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün təhlükəli vəziyyət yaradır. Kənd sakinlərinin heyvanları qapalı yerlərdə saxlaması hələ ki, ayıların hücumunun qarşısını alır. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün