24 sentyabr 2025 17:23
82

İmişlidə toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb

İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Toy mərasimində iştirak etmiş 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.