24 sentyabr 2025 16:30
98

Zaqatalada baş verən qəzada iki nəfər xəsarət alıb

Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Muxax kəndindən keçən hissəsində motosikletlə minik avtomobili toqquşub.

“İki sahil” xəbər verir ki, Muxax kənd sakinləri - 64 yaşlı Aydın Həmzəyev və həyat yoldaşı 64 yaşlı Nigar Həmzəyevə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım olunduqdan sonra xəstəxananın cərrahiyyə korpusuna yerləşdiriliblər. Həkimlər onların vəziyyətlərini orta-ağır qiymətləndirir.

Baş verən nəqliyyat hadisəsi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.