Amerikalı iş adamı İlon Mask Marsda yaşamaq və ölmək ehtimalını istisna etməyib.
“İki sahil” xəbər verir ki, o, həmçinin Marsı “Amerikanın bir hissəsi” adlandırıb.
"Mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Mən burada yaşayıb öləcəyəm. Ya da Marsda (Amerikanın bir hissəsi)," - deyə, sahibkar sosial şəbəkə hesabında yazıb.
Mart ayında İlon Mask 2026-cı ilin sonunda insanabənzər robot Optimusu Marsa daşıyacaq Ulduz gəmisi missiyasını elan edib. NASA ABŞ-ın 2030-cu illərin əvvəllərində Marsa kosmonavt göndərməyə ümid etdiyini bildirib.