“Bu gün Gürcüstanın strateji əhəmiyyəti sürətlə artır. Qlobal təchizat zəncirləri yenidən formalaşdıqca, Gürcüstan Avropa və Asiya bazarlarını birləşdirən ən qısa və ən sabit marşrut olan Orta dəhlizin mərkəzində dayanır. Gürcüstan hökuməti bu rolu yerinə yetirmək üçün cəsarətli sərmayələr qoyur".
“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, Anakliya dərin özüllü dəniz limanı Qara dənizdə ən müasir infrastruktur olacaq.
“Nəqliyyat və rəqəmsal infrastrukturumuzu genişləndiririk. Biz bu istiqamətdə hamıya tərəfdaşlıq təklif edirik, beynəlxalq ictimaiyyəti Gürcüstana sərmayə qoymağa, bizimlə əməkdaşlığa, ardıcıl və səmərəli iş sayəsində qazandığımız etimadı tanımağa çağırırıq”, - deyə Kobaxidze vurğulayıb.
Baş nazir deyib ki, Avropanın strateji müstəqillik, enerji mənbələrinin şaxələndirilməsi və genişləndirilmiş əlaqələr axtardığı bir dövrdə Cənubi Qafqaz ölkələri, xüsusən də Gürcüstan periferik oyunçu deyil, mərkəzi qovşaqdır.