Macarıstan dövlət katibinin Şərq məsələləri üzrə müşaviri Adam Stifter bildirib ki, Macarıstan Türkmənistanın yaxın gələcəkdə qaz təchizatçısı olmasını gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bu məsələ iki ölkənin hökumətlərarası komissiyasının iclasında müzakirə olunub.
Stifterin sözlərinə görə, Macarıstan bir neçə ölkədən təbii qaz idxalına arxalanır: "Ümid edirik ki, Türkmənistan tezliklə Avropaya, daha dəqiq desək, Macarıstana qaz tədarükçüsünə çevriləcək".